Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgi təşkil olunub

28 aprel 2025 | 17:35

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (İsmayıllı DPTM) tələbələrin yaradıcılıq qabiliyyətlərini və texniki bacarıqlarını əks etdirən əl işlərindən ibarət möhtəşəm sərgi təşkil olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon şöbəsinin rəhbər və əməkdaşları iştirak ediblər.

Sərginin məqsədi tələbələrin əldə etdikləri praktiki bilikləri, peşə hazırlığı sahəsində qazandıqları təcrübəni və yaradıcılıq potensialını nümayiş etdirmək olub. Qonaqlar İsmayıllı DPTM-də yaradılan müasir infrastruktur və peşə təhsilinin keyfiyyətini artırmaq məqsədilə qurulan tədris emalatxanaları ilə tanış olublar. Tədris emalatxanalarında istehsal olunan məhsullar, o cümlədən müxtəlif sənət nümunələri və texnoloji yeniliklər xüsusi maraqla qarşılanıb.

Sərgi çərçivəsində tələbələrin hazırladıqları məhsullar yüksək qiymətləndirilib və onların peşəkar inkişafına dəstək olmaq məqsədilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tədbir həmçinin tələbələrin ictimaiyyət qarşısında öz bacarıqlarını nümayiş etdirmək, həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq və peşə hazırlığı sahəsində yeniliklərlə tanış olmaq üçün əhəmiyyətli platforma olub.

Bu sərgi, peşə təhsili alan gənclərin gələcək əmək bazarına daha hazır olmasını təmin etmək və onların təhsil keyfiyyətini artırmaq məqsədilə atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Keçidlər