Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “mygov” platforması ilə bağlı maarifləndirici görüş keçirilib

11 noyabr 2026 | 12:27

İsmayıllı rayonunda təhsil sahəsində çalışan əməkdaşların iştirakı ilə “mygov” platformasının imkanları, platforma üzərindən müxtəlif əməliyyatların həyata keçirilməsi və vətəndaş müraciətləri ilə işin təşkili istiqamətində maarifləndirici görüş keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən keçirilən görüşdə “mygov” platformasından istifadə qaydaları, elektron xidmətlərin tətbiqi, müvafiq əməliyyatların icrası və vətəndaş müraciətlərinin qəbulu ilə bağlı ətraflı məlumat verilib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi, iş prosesində operativliyin artırılması və vətəndaş müraciətlərinə baxılması sahəsində səmərəliliyin yüksəldilməsidir.

Keçidlər