İsmayıllıda Narkomanlığa qarşı mübarizəyə dair “2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib
İsmayıllıda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 saylı şəhər tam orta məktəbdə 02.06.2023-cü il tarixində “Gələcəyimizi bir yerdə qoruyaq narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü RİH Başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov açaraq iştirakçıları salamlayıb və tədbirin mövzusu barədə məlumat verib.
Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Təhsil Sektorunun əməkdaşı Mayıl Səftərov çıxış edərək təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi, eləcə də qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.