Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Narkomanlığa qarşı mübarizəyə dair “2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib

09 iyun 2026 | 16:35

İsmayıllıda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Prokurorluğunun, İsmayıllı Rayon Polis Şöbəsinin, İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  6 saylı şəhər tam orta məktəbində 26 iyun –“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində 09.06.2026-cı il tarixində “Narkomaniyaya  yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib.

Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini  bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb. Tədbir iştirakçılarına bukletlər  verilmişdir.

Keçidlər