Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib

01 may 2025 | 17:43

İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3 saylı şəhər tam orta məktəbdə “Sağlam gələcək naminə  narkotikə yox deyək” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib.

 

Keçidlər