Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib

25 aprel 2024 | 17:22

İsmayıllıda ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı  İsmayıllı Rayon İcra Hakimiyətinin  təşkilatçılığı ilə 7 saylı şəhər tam orta məktəbində 25.04.2024-cü il tarixində “Zərərli vərdişlərə və narkomaniyaya yox deyək” mövzusunda tədbir  keçirilib. 

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov açaraq iştirakçıları salamlayıb və tədbirin mövzusu barədə məlumat verib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Dağlıq Şirvan Regional Gənglər və İdman İdarəsinin əməkdaşları çıxış edərək təbliğat və maarifləndirmə işlərinin dahda da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi  barədə tövsiyələr verilib.      

Çıxışlardan sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Keçidlər