İsmayıllıda növbəti “Nümayəndə günü” keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun və İƏD üzrə nümayəndələrin iştirakı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.
Gündəlikdə duran məsələrin əsasını ərazidə erkən nikaha daxil olma hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi ilə əlaqədar taxıl sahələrinin, meşə və yol kənarı ərazilərin şumlanmasının, İƏD üzrə nümayəndəliklərin ərazilərində qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, Dövlət Statistika Komitəsinin ev təssərrüfatlarının uçotu kitabı üzrə elektron sistemində mövcud olan çatışmazlıqların aradan qaldırılması, habelə nümayəndəliklərin ərazisində təmizlik, abadlıq işlərinin görülməsi, əmək və icra intizamına nəzarətin artırılması təşkil edib.
Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrə vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi və mövcud problemlərin vaxtında aradan qaldırılması barədə tapşırıqlar verilib.