İsmayıllıda növbəti səyyar qəbul keçirilib
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısı Nahid Bağırovun növbəti səyyar qəbulu rayonun Kürdmaşı kəndində keçirilib.
Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.