Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Qadınlar ailə dəyərləri uğrunda” mövzusunda tədbir keçirilib

13 avqust 2024 | 14:22

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar ailə dəyərləri uğrunda”   layihəsinin icrası davam edir. Belə ki, layihənin icra planına əsasən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirib.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, İsmayıllı rayon Polis şöbəsinin kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşı, polis mayoru Xətai Daşdəmirli, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri və sözügedən  layihənin rəhbəri Bahar Qasımova, layihənin psixoloqu Vəfa Abbasova, İctimai Birliyin həssas təbəqələrlə iş şöbəsinin müdiri Vəfa Rzayeva, həkimləri Arzu Hüseyova, Leyla Eminova, Aygül Zamanova, rayon ictimaiyyəti və gənclər iştirak edib.

Layihə rəhbəri Bahar Qasımova layihə haqqında məlumat verərək bildirib ki, layihənin icrasının əsas məqsədi regionlarda məişət zorakılğı, erkən nikah, qohum evliliyi, bu cür evliliklərdən əqli və fiziki qüsurlu uşaqların dünyaya gəlişinin artımı, narkomaniya və onların fəsadları ilə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.

Çıxışçılar narkomaniya bəlasının fəsadları, məişət zorakılığı, erkən evlilik və onun gələcək üçün yaradacağı ciddi fəsadlar barəsində ətraflı məlumat veriblər, gənclərin bu istiqamətdə maarifləndirilməsinin həyata keçirilən dövlət proqramlarında ictimai rolun artırılmasına, gənclərin aktivliyinə gətirib çıxaracağını vurğulayıblar.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Keçidlər