Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib

14 iyun 2022 | 10:40

İyunun 14-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib.

Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat  rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova 15 iyun tarixinin əhəmiyyətindən danışaraq qeyd edibi ki, bu gün Heydər Əliyev ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə davam etdirir. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi qələbə bu siyasətin parlaq nümunəsidir.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın tarixində yeni bir səhifə açılmasından, ölkədə olan xaos, böhran, vətəndaş müharibəsinin sona çatmasından, ölkənin bütün sahələrində inkişafın, quruculuq və canlanmanın getməsindən söz açıblar. Bildirilib ki, bu gün müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər