İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqları aylığı ərəfəsində ənənəvi olaraq insan hüquq və azadlıqlarının təbliği sahəsində ictimai məlumatlılığın yüksəldilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cülyan kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib. Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.






