Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Su çərşənbəsi qeyd olunub

27 fevral 2024 | 21:23

Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

İsmayıllıda da bayram ənənəsinə sadiq qalaraq mərkəzi meydanda bayram tonqalı qalanıb. Tədbirdə rayon rəhbərliyi və rayon sakinləri iştirak edib. Bayram tədbirində çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, ismayıllıları bayram münasibətilə təbrik edib, sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar. Sonra bayram tonqalı alovlandırılıb. Bir birindən gözəl musiqilər səsləndirilib.

Keçidlər