Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda "Sükut içində danışan tarix" adlı tədbir keçirilib

19 may 2026 | 11:32

İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar olaraq  İsmayıllı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Sükut içində danışan tarix" adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi  Səxavət Zülfiyev və Nilufər Mursaliyeva, MİHİ İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı rayon mədəniyyət müəssisələrinin rəhbər və kollektivi, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Regional Turizm İdarəsinin rəisi Günay Rzayeva, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar ilk öncə muzey qarşısında Beynəlxalq Muzeylər gününə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra sərgilənən və nümayiş olunan tarixi mədəniyyət nümunələri barədə qonaqlara ətraflı məlumatlar verilib. Bildirilib ki, muzeylər yalnız keçmişin qoruyucusu deyil, həm də gələcəyin formalaşmasına təsir edən mühüm mədəni institutdur.

Tədbirin bədii hissəsi İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin "Çingiz" ritm qrupunun ifası ilə başlayıb.  "Niyal" instrumental ansamblının müşayiəti və solistlərin ifasında səslənən musiqilər tədbirə başqa bir ahəng qatıb.

Keçidlər