Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

11 dekabr 2025 | 11:04

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Təhsil sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin İsmayıllı şöbəsinin sədri Hafiz Kərimov, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

İlk olaraq ümumtəhsil müəssisələrinin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgisinə baxış keçirilib. Sərgidə məktəblilərin hazırladıqları əl işləri, foto materiallar  nümayiş olunub.

Daha sonra məktəblilər tərəfindən Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib. Tədbirdə çıxış edən şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Rəşadət Abdulov Ulu Öndər Heydər Əliyevin dövlətçilik tarixində müstəsna rolu, ölkəmizin inkişafı naminə gördüyü işlər haqqında geniş məruzə ilə çıxış edib. Digər natiqlər də Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycan xalqına xidmətləri barədə məlumat veriblər.

Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Keçidlər