İsmayıllıda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, rayon Mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış film nümayiş olunub. Tədbirin davamında mövzu ətrafında müzakirələr edilib və Konstitusiyanın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.