İsmayıllıda “Uşaq Hüquqlarının müdafiəsi üzrə komisiyasının” iclası keçirilib
08 dekabr 2025 | 17:26
İclasın məqsədi təhsildən yayınma hallarının qarşısının alınması və şagirdlərin məktəbə davamiyyətinin artırılması olub.
İclasda komisiyanın sədri və üzvləri, Rayon Polis Şöbəsinin əməkdaşı, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri, İsmayıllı Təhsil Sektorunun müdiri, valideynlər və təhsildən yayınan şagirdlər iştirak ediblər.
Görüş zamanı şagirdlərin dərslərə davamiyyəti, risk qrupuna aid uşaqlarla fərdi işin təşkili, valideynlərlə əməkdaşlığın gücləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonda təhsildən yayınma hallarının vaxtında aşkar edilməsi, səbəblərin araşdırılması və bu kimi halların qarşısının alınması istiqamətində konkret tapşırıqlar verilib.






