İsmayıllıda Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd edilib
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd edilib.
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, MİHİ İsmayıllı rayon Komitəsi, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə dahi bəstəkar, ictimai siyasi xadim, dramaturq Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibəti ilə “Üzeyir ömrü – Milli Musiqi Günü” adlı tədbir keçirilib.
Tədbirdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur Əzizli və Əməkdar Mədəniyyət işçisi, Tərəqqi medallı Sahibə Abdullayeva çıxış edərək Üzeyir Hacıbəylinin çox şaxəli yaradıcılığından və muğam sənətinin qorunmasına verdiyi töhfələrdən danışıb.
Tədbir İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Niyal İnsturumental ansamblının hazırladığı rəngarəng rəqs və musiqi nömrələri ilə davam edib.
Sonda MİHİ İsmayıllı rayon komitəsi tərəfindən milli musiqi günü ilə əlaqədar olaraq əməkdaşlara fəxri fərman təqdim edilib.






