Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə tədbir keçirilib

05 iyun 2025 | 17:16

İsmayıllı şəhər 3 saylı məktəb-liseyində  Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə  tədbir keçirilib. Tədbirdə RİH-nin məsul işçisi,  Rayon təhsil sektorunun müdiri Rəşid Məmmədov, ATAİHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, ümumtəhsil məktəblərinin musiqi müəllimləri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir bəyin ömür yolundan və bənzərsiz yaradıcılığından danışıb.

Tədbirdə dahi bəstəkarın  mahnıları, “Arşın mala alan” və “O olmasın, bu olsun” operettalarından səhnəciklər, “Leyli və Məcnun” operasından kiçik fraqmentlər səsləndirilmişdir.

Keçidlər