İsmayıllıda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Soyqırım abidəsi”i ziyarət olunub
26 fevral 2025 | 14:20
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Faciənin 33-cü ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Allah rəhmət eləsin!