Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində "Yalnız bir DÜNYA” layihəsi həyata keçirilib

02 aprel 2024 | 16:49

Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə region nümayəndələrinin təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi ilə A.Aslanov adına 2 nömrəli tam orta məktəbin bağında ağacəkmə aksiyası baş tutub.

 "Yalnız bir DÜNYA” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin əməkdaşı, A.Aslanov adına 2 nömrəli tam orta məktəbin kollektivi,

Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə 2 region nümayəndəsi və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə region nümayəndələri "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildiriblər.

Keçidlər