Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Yel çərşənbəsi qeyd olunub

13 mart 2024 | 08:33

İsmayıllıda bayram ənənəsinə sadiq qalaraq mərkəzi meydanda bayram tonqalı qalanıb.

Tədbirdə rayon rəhbərliyi və rayon sakinləri iştirak edib. Bayram tədbirində çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, ismayıllıları bayram münasibətilə təbrik edib, sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar. Sonra bayram tonqalı alovlandırılıb. Bir birindən gözəl musiqilər səsləndirilib.

Keçidlər