Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı layihə çərçivəsində seminar təşkil olunub

25 sentyabr 2025 | 15:14

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı  layihə çərçivəsində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminar  təşkil olunub.

Seminarda İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, layihə rəhbəri Nailə İsmayılova, layihənin hüquqşünası  Fariz Əkbərov iştirak edib. Seminarda qanunvericiliyin valideynlər qaşısında qoyduğu vəzifə və öhdəliklər barəsində, ailələrlə aparılan işlərdən bəhs olunub.

Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdən ibarətdir.

Keçidlər