İSMAYILLIDA “ZƏFƏR QAÇIŞI” KEÇİRİLİB!
04 noyabr 2026-cı il tarixində “8 Noyabr – Zəfər Günü” münasibətilə İsmayıllı şəhərində İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər qaçışı” keçirilib.
Şəhidlər Xiyabanından start götürən qaçış Mərkəzi Meydanda başa çatıb. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov,ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər.
Yarışın sonunda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən diplom,medal və hədiyyələr ilə mükafatlandırılıblar.
Tədbirin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması olub.






