Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Zorakılığa məruz qalan qadın və uşaqlara psixoloji dəstəyin göstərilməsi” mövzusunda dəyirmi masa təşkil olunub

13 may 2026 | 15:19

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən mərkəzdə psixoloqların iştirakı ilə “Zorakılığa məruz qalan qadın və uşaqlara psixoloji dəstəyin göstərilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Gülər Baxışova, mərkəzin direktoru Lətifə Əliyeva, mərkəzin psixoloqları Kəmalə Əhmədova və Aytən Qubadova eyni zamanda rayon üzrə təhsil müəssisələrində çalışan psixoloqlar iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd sosial cəhətdən həssas qruplardan olan qadınların psixoloji yardıma əlçatanlığının təmin edilməsi, yardımın göstərilməsi sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan çətinliklərin müəyyənləşdirilməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Keçidlər