Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib

03 may 2023 | 17:55

 “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq İsmayıllı rayonunun İvanovka kəndində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı geniş tədbir keçirilib.

Tədbirdə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Daha sonra İvanovka Mədəniyyət sarayında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto sərgiyə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

 Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. İvanovka kənd tam orta məktəbinin müəllimi Gülnar Mustafayeva “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”adlı məruzə ilə çıxış edib.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə birgə İvanovka kəndinə olan səfərindən danışılıb, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərinə nəzər salınıb.

Tədbirdə həmçinin “Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qurup ictimaiyyət fəalları RİH başçısı Nahid Bağırov tərəfindən təltif edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər