İsmayıllıda daha bir səyyar qəbul Göytəpə kəndində baş tutub
11 may 2023 | 18:40
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə bu gün Göytəpə kəndində səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.