İsmayıllıda daha bir səyyar qəbul A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin binasında baş tutub
18 may 2023 | 19:54
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə bu gün A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin binasında səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.