Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda zona toplantısı keçirilib

21 iyun 2022 | 15:57

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində  İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Kürdəmir, Qobustan, Şamaxı, Ucar və Zərdab rayonlarının Gənclər və İdman İdarələrinin rəisləri, Gənclər Evi direktorları, Gənclərin İnkişaf və Karyera Mərkəzi rəhbərləri, Gənclər Təşkilatları sədrlərinin və fəal gənclərin iştirakı ilə zona toplantısı keçirilib.

Toplantının açılış mərasimindən öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri dinləyiblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov toplantının gündəliyində duran cari məsələləri  iştirakçıların diqqətinə çatdırıb. Sonra gündəlikdə duran məsələlərin həlli ilə əlaqədar idarə rəislərinin, Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Gənclər Təşkilatlarının nümayəndələrinin və fəal gənclərin çıxışları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər qeydə alınıb.        

Tədbirin sonunda növbəti zona toplantısının Şamaxı rayonunda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Keçidlər