Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tədbir keçirib

22 may 2023 | 18:21

Bu gün YAP İsmayıllı rayon təşkilatının binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, YAP İsmayıllı Rayon təşkilatının sədri Zaur Muradov, I və II Qarabağ müharibəsi, aprel döyüşləri iştirakçıları iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İsmayıllı rayon şurasının sədri Əlaləm Babayev açaraq tədbir iştirakçılarını salamlayıb və Vətənimizin azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.

RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranı bu qayğını bilavasitə öz üzərində hiss edir.

Lakin şəhid ailələrinə, müharibə əlillərinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Tədbirdə həmçinin müharibə veteranlarının və qazilərin sosial problemləri dinlənilib.

Keçidlər