Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda daha bir səyyar qəbul Sərdahar kəndində baş tutub

01 iyun 2023 | 15:57

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov aidiyyatı üzrə idarə və təşkilat rəhbərlərinin iştirakı ilə bu gün Sərdahar kəndində səyyar qəbul keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Qəbuldan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Sərdahar kəndində yaşayan fidan balaları 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib, xatirə fotosu çəkdirib.

Keçidlər