Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2023 | 17:08

Bu gün Heydər Əliyev adına parkda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaq bağçalarında tərbiyə alan balaca fidanların və ibtidai sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalı keçirilib.

Təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və RİH-nin məsul işçiləri, İsmayıllı Təhsil sektorunun əməkdaşları qonaq qismində iştirak edib.

Rayonun uşaq bağçalarının hər birindən gələn balacalar bir-birindən maraqlı rəqslər və mahnılarla məharətlərini göstəriblər. Bayram tədbirində iştirak edən rayon rəhbəri uşaqları təbrik edib. Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb.

RİH başçısı həmçinin şəhid övladlarını bayram münasibətilə təbrik edərək, onlara bayram hədiyyəsi təqdim edib. Məlumat üçün bildirək ki, bayram günü ilə əlaqədar park ərazisindəki atraksiyonlar pulsuz fəaliyyət göstərir.

 

Keçidlər