İsmayıllıda Narkomanlığa qarşı mübarizəyə dair “2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində 08.06.2023-cü il tarixdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açaraq iştirakçıları salamlayıb və tədbirin mövzusu barədə məlumat verib.
Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Nərgiz Əlövsətli, Bəhruzə Şirinova, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Vasif Teymurov, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşı Rəşid Məmmədov çıxış edərək təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.