Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Tarixin bu günü” adlı tədbir keçirilib

22 iyul 2023 | 13:07

Ulu Öndər Heydər Əliyevin 1981-ci ilin 23 iyul tarixində İsmayıllıya səfəri zamanı olduğu Xəlilli, Kürdmaşı, İvanovka kəndlərində, həmçinin açılışını etdiyi Girdiman çayı üzərində yerləşən körpüdə onunla görüşmüş şəxslərin xatirələrini dinləmək məqsədilə “Tarixin bu günü”adlı görüş keçirilib.

Görüşdə RİH başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Ümummilli Liderlə görüşmüş şəxslər, kənd sakinləri və gənclər iştirak edib.

Dahi şəxsiyətin ruhuna hörmət əlaməti olaraq abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Görüş iştirakçıları növbə ilə rayonun Xəlilli, Kürdmaşı, İvanovka kəndlərində, həmçinin Girdiman çayı üzərində Ulu Öndərin İsmayıllıya səfər etdiyi tarixə -1981-ci ilin 23 iyul tarixinə nəzər salıblar. Qeyd olunub ki, dahi rəhbərin rayona ilk səfərindən 42 il müddət keçməsinə baxmayaraq həmin görüşdə iştirak etmiş ismayıllılar o günü yaddaşlarına əbədi həkk ediblər. Rayon sakinləri Heydər Əliyevlə görüşlərindən yaranan xoş təssüratlarını yalnız yaddaşlarda saxlamır, yeni-yeni nəsillərə ötürürlər. Bu zəngin mənəvi sərvəti əbədi xatirə kimi gənclər üçün siyasi-ideoloji xəzinəyə çevirirlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyasda söz sahibi etdiyi ölkəmiz Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi yolla yüksəlir.

Keçidlər