Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti ümumrespublika təmizlik aksiyası keçirilib

05 avqust 2023 | 11:45

05 avqust 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qalınçaq meşəbəyliyinin ərazisində, Topçu kəndinin yaxınlığında növbəti ümumrespublika təmizlik aksiyası keçirilib.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şahdağ Milli Parkının, Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Topçu Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib. Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə Poliqona daşınıb.  

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçidlər