Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi adlı layihəsinin ilk tədbiri həyata keçirilib

11 avqust 2023 | 21:40

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi adlı layihəsinin ilk tədbiri həyata keçirilib.

Tədbirdə layihə rəhbərləri , RİH-nin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal-Qərb Regional İdarəsinin rəhbəri, İsmayıllı rayon Polis İdarəsinin əməkdaşı, İsmayıllı şəhər nümayəndəliyinin rəhbəri, bələdiyyə sədrləri, kənd və qəsəbə nümayəndələri, mərkəz rəhbərləri, psixoloqlar, və digər icma nümayəndələri iştirak edib.

Layihənin rəhbəri, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov layihə barədə iştirakçılara geniş məlumat verərək, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib.

Qeyd edib ki, layihənin əsas məqsədi qadınlara və uşaqlara qarşı zorakılıq hallarına və əməllərinə qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimət formalaşmasına nail olmaqdır. Qadına və uşaqlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir.

Qadınlar və uşaqlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır. Qadına qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və erkən evlilik, cinsi zorakılıq, məişət zorakılığı, ayrı-seçkilik və istismar kimi bir neçə formada təzahür edə bilər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış və nəşr olunmuş “Qadın və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” paylanılıb.

Keçidlər