Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Üçbucaq” - “milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı layihəsinin növbəti tədbiri ugurla həyata keçirilib

16 avqust 2023 | 16:00

16 avqust 2023-cü il tarixdə İsmayıllıda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Üçbucaq” - “milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı layihəsinin növbəti tədbiri ugurla həyata keçirildi.

Müxtəlif ailə nümayəndələrinin, valideynlərin, müəllimlərin, uşaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzin rəhbəri Lətifə Əliyeva qonaqları salamlayaraq, mövzunun aktuallığı haqqında fikirlərini bildirdi. O, AVMA-nın ailələrin, valideynlərin maarifləndirilməsi üzrə artıq bir neçə ugurlu layihəsinin həyata keçdiyini vurguladı. İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Faxtiyev təqdim olunan mövzunun dövrümüz üçün ən aktual problemlərdən biri oldugunu və tərbiyə məsələsində canlı ünsiyyətin mühüm rol oynadığını qeyd etdi.

Layihənin rəhbəri, AVMA İB icraçı direktoru Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, milli tərbiyə modelinin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış etdi, valideynlərin suallarını cavablandırdı. O qeyd etdi ki, əvvəllər yaşlı nəsildən milli mənəvi dəyərlər, adət-ənənələr gənc nəsilə ötürülür və ailələrin dayanıqlığı təmin olunurdu. Lakin indi müasir gənc ailələrdə gənc valideynlər uşaqları necə tərbiyə etmək lazım oldugunu bilmirlər, bunun üçün bir ortaq tərbiyə nümunəsi, modeli qurulmayıb, tərbiyə haqqında Qanun yoxdur. Təlim-tədrisdə təlimə üstünlük verilir, tərbiyə arxa planda qalır.

Bu istiqamətdə ciddi tədqiqatlara, dövlət proqramına, qanunvericilik təşəbbüslərinə ehtiyac vardır.

Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparıldı. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğuladılar. İştirakçılar milli tərbiyə modelinin qurulması, valideynlərin-müəllimlərin-uşaqların bu mövzuda əməkdaşlığına dair öz təkliflərini, təcrübələrini bölüşdülər.

Layihənin məqsədi ölkəmizdə “milli tərbiyə modelininin” formalaşdırılması istiqamətində təşəbbüs irəli sürmək, bunun üçün ailə dəyərlərinin təbliği və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunun artırılmasına dair valideynlərlə maarifləndirməni həyata keçirmək, bu sahədə əməkdaşlığı və məsuliyyəti artırmaqdır.

Keçidlər