İsmayıllıda Dövlət qulluqçuları üçün növbəti təlim keçirilib
18 avqust 2023 | 17:43
DİM-i tərəfindən Prezident İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən İsmayıllı rayonunda “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında növbəti təlimlər təşkil olunmuşdur.
Təlimçilər Dadaşova Xavər, Məmmədova Sevinc tərəfindən keçirilən təlimdə rayonda müxtəlif sahələrdə çalışan 40 nəfər dövlət qulluqçusu iştirak etmişdir.
Təlimin sonunda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.