İsmayıllıda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub
İsmayıllı rayonunda Silahlı Qüvvələrin yaradılmasının 104-cü ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş meydanında tarixi ədaləti bərpa edərək, torpaqlarımızı düşmən tapdağından azad etdiyi bir daha qürurla vurğulanıb. Bildirilib ki, yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə, döyüşçülərimizə və ordumuza borcluyuq.
Açıq havada keçirilən konsert proqramında "Niyal" instrumental ansamblının solistləri, "İsmayıllı inciləri" rəqs qrupu, tanınmış müğənni Sevinc Musayeva çıxış ediblər. Onların çıxışları rayon ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.