İsmayıllıda növbəti “Nümayəndə günü” keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun və İƏD üzrə nümayəndələrin iştirakı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.
İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Gündəlikdə duran məsələlərin əsasını mümayəndəliklərin ərazisində məskunlaşmış keçmiş məcburi köçkünlərlə görüşlərin keçirilməsi, onlara köç prosesinə aid digər məsələlər haqqında məlumatların verilməsi, zəruri ictimai informasiya fonunun yaradılması, bu istiqamətdə təbliğat-izahat və maarifləndirmə işlərinin aparılması, Azərbaycan Respublikası Prezidentinin Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının yerlərdə icra edilməsi məqsədi ilə ərazilərdə maarifləndirmə tədbirlərinin keçirilməsi, İƏD üzrə nümayəndəliklərdə sənədləşdirmə işinin təlimata uyğun işlənilməsi, ərazilərdə aparılan qanunsuz tikililərin qarşısının alınması təşkil edib.