Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda seminar keçirilib

22 dekabr 2023 | 16:14

Dekabrın 22-də İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda seminar keçirilib.

Seminarda İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecin direktor müavini Çingiz Aslanov, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, İsmayıllı şəhər (2) məscidinin imamı Röya Balayev, eyni zamanda kollecin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizə yolları, həmçinin Azərbaycan xalqının milli-mənəvi həyatında bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət anlayışlarının rolu vurğulanıb. Bildirilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir və məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin çıxışlar zamanı ailədaxili ünsiyyət və münasibətlərin əhəmiyyəti, tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər