Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti “Nümayəndə günü” keçirilib.

03 aprel 2024 | 09:26

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, İƏD üzrə nümayəndələrin, Rayon Polis Şöbəsi, Rayon Mərkəzi Xəstəxanası, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sosial Xidmətlər Agentliyinin İsmayıllı nümayəndəsinin iştirakı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında görüş keçirilib.

Görüşdə rayonda özünü öldürmə və özünü öldürməyə cəhd hallarının qarşısının alınması, erkən nikah hallarının qarşısının alınması, valideyn himayəsindən məhrum olan və münaqişəli ailələrdən olan uşaqlar haqqında məlumatların vaxtında aidiyəti üzrə təqdim olunması kimi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin İsmayıllı Rayon Prokrorluğunun özünü öldürmə və özünü öldürməyə cəhd halları barədə təqdimatı müzakirə olunub. Bu kimi halların başvermə səbəbləri, hadisələrinin baş verməsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində aidiyyəti qrumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi diqqətə çatdırılıb. Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrə vətəndaşlarla maarifləndirici görüşlərin sayının artırılması tövsiyə olunaraq, mövcud problemləri vaxtında müəyyən edib aradan qaldırılması barədə tapşırıqlar verilib.

Keçidlər