Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti səyyar qəbul Keyvəndi kəndində keçirilib

21 iyul 2022 | 20:31

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 21-də Keyvəndi kəndində səyyar qəbul keçirib.

Qəbulda hüquq-mühafizə orqanları, RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri vətəndaşların müraciətləri, istək və təklifləri dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər