Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütailənin rolu” mövzusunda tədbir keçirilib

25 dekabr 2023 | 16:26

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti və DŞRTİ İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütailənin rolu” mövzusunda tədbir keçirilib.

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə RİH-nin, İsmayıllı Təhsil Sektorunun əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və ümumtəhsil məktəblərinin kitabxanaçıları iştirak edib.

Tədbirdə RİH əməkdaşı Nəsimi Teymurov AHİTİ- nin komitə sədri Hafiz Kərimov və digər çıxışçılar “Ulu Öndər Heydər Əliyev və kitabxana işi", " Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi" kimi maraqlı mövzularda yaddaqalan çıxışlar ediblər.

Çıxış edənlər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə mühüm əhəmiyyət verirdi. Bunun nəticəsidir ki, Ümummilli Liderimiz milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində xeyli iş görmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması işinə xüsusi diqqət bunun bariz nümunəsidir.

Tədbir iştirakçıları şəhər 6 nömrəli tam orta məktəbinin və 1 saylı uşaq bağçası- körpələr evinin fidanlarının ifasında bədii kompozisiyanı maraqla izləyiblər.

Tədbirdən xatirə şəkilləri çəkilib.

Keçidlər