Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib

04 avqust 2022 | 16:00

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər iştirak edib.

Tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açaraq son illər ölkə prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, əhalinin sağlamlığını qorumaq məqsədilə səhiyyə sahəsində bir sıra islahatlar aparılıb. Bunlardan ən önəmlisinin icbari tibbi sığortanın olduğunu qeyd edən Sevil Əhmədova bu itiqamətdə vətəndaşlar arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu da diqqətə çatdırıb.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov təqdimatla çıxış edərək “icbari tibbi sığorta haqları”, “xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair məlumatlar verib.

Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov çıxış edərək icbari tibbi sığortanın üstünlükləri barədə məlumat verib. Bildirib ki, tibbi sığorta üçün müraciət edən vətəndaşlar aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər