İsmayıllıda növbəti vətəndaş qəbulu keçirilib
31 avqust 2022 | 15:00
Bu gün Millət vəkili Novruzəli Aslanovun da iştirakı ilə İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
RİH başçısının vəzifəsini müvəqqəti icra edən RİH başçısının birinci müavini Mahmud Süleymanov və Millət vəkili Novruzəli Aslanov rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyiblər. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.