Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar bayram konserti keçirilib

10 may 2024 | 20:00

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş bayram konserti təşkil edilib.

Konsertdə RİH başçsı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri  və şəhid ailələri iştirak edib. 

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Bayram konsertində Ulu Öndərə həsr edilmiş musiqi parçaları və şeirlər səsləndirilib, rəqs nömrələri izlənilib.

Keçidlər