İsmayıllıda 15 May-Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib
İsmayıllı Rayon İcra hakimiyyətinin, İsmayıllı Uşaq və ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 15 May-Beynəlxalq Ailə Günü qeyd olunub.
Tədbirdə RİH-nin müavini Sevil Əhmədova, uzunömürlü və nümunəvi ailələrin nümayəndələri, rayon ağsaqqalları, şəhid ailələri və yenicə ailə həyatı qurmuş gənclər iştirak edib.
Tədbirdə çıxış edən RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova ailə bayramı münasibətilə bütün ailələri təbrik edib. Qeyd edib ki BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər Beynəlxalq Ailə gününün keçirilməsinin əsas məqsədinin cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliği olduğunu qeyd ediblər.
Bayram tədbirində yeni ailə qurmuş cütlüyə nigah şəhadətnaməsi təqdim edilib.
Çay süfrəsi ətrafında baş tutan tədbirdə rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng müsiqi nömrələri səsləndirilib.
Sonda xatirə fotosu çəkilib.