İsmayıllıda növbəti əmək yarmarkası təşkil edilib
16 may 2024 | 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin mövcud vakansiyalar barədə məlumatlandırılması məqsədilə növbəti əmək yarmarkası təşkil edilib.
Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən İsmayıllı rayonunda keçirilən yarmarkada 19 müəssisə iştirak edib və 218 vakansiya təqdim edilib.
Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər formalaşdırılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.