Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub

30 may 2024 | 10:37

İsmayıllı Rayon İcra Hakimiyyəti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.

Sərgidə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Sərgi zamanı qonaqlara üzərində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat yolunu  əks etdirən fotoların olduğu xalçalar nümayiş etdirildi.

Qeyd edək ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.

Keçidlər