Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2024 | 15:25

Bu gün Heydər Əliyev adına parkda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaq bağçalarında tərbiyə alan balaca fidanların və ibtidai sinif şagirdlərinin iştirakı ilə  “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalı keçirilib.

Təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Təhsil sektorunun rəhbəri qonaq qismində iştirak edib.

Rayonun uşaq bağçalarının hər birindən gələn balacalar bir-birindən maraqlı rəqslər və mahnılarla məharətlərini göstəriblər.

Bayram tədbirində iştirak edənlər uşaqları təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar.

Bayram tədbirində bir qrup uşaq təşəkkürnamə ilə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, bayram günü ilə əlaqədar park ərazisindəki atraksiyonlar pulsuz fəaliyyət göstərir.

Keçidlər